Canavarlar yox itlər heyvanlara hücum çəkdi-Tovuzda

12
views

quz1

Tovuzda sahibsiz itlər sakinlərin heyvanlarını parçalayıb. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Zərəçəkənlərin sözlərinə görə, son bir ayda vəhşi itlər onların 10 başa yaxın xırda buynuzlu heyvanlarını yeyib. Əsas məşğuliyyəti heyvandarlıq olan  kənddə bu cür xoşagəlməz halın baş verməsi kəndliləri narahat edir.

quz2

Onlar heyvanlara yanaşı itlərin insanlara hücum çəkməsindən də narahatdılar. Yuxarı Öysüzlü kənd sakinləri sahibsiz itlərin iribuynuzlu heyvanlara hücum etdiyini də bildirdilər. Bu cür vəziyyət kənddə quduzluğun yaranmasına şərait yarada bilər ki,bunun üçün də sakinlər tədbir görülməsini vacib sayırlar. Kəndlilər bu vəhşilərin məktəbə,bağçaya gedən az yaşılara hücum edə biləcəyindən daha çox narahatdılar. Cəmilə Qasımovanın vəhşinin hücumuna məruz qalan xırdabuynuzlu heyvanına baxış keçirən sahə baytar həkimi Bayram Abbasov canlının quduzlaşa biləcəyini nəzərə alıb onun məhv edilməsini tövsüyyə etdi. Qeyd edək ki, bu cür vəhşi sahibsiz itlərə təkcə Yuxarı Öysüzlü kəndində deyil, Tovuzun  Avaztəpə yaşayış massivində,Ağdam kəndində də rast gəlmək mümkündür. İnsanlara ziyan verən bu cür heyvanlara qarşı isə Tovuz rayon İcra hakimiyyətindən  bildirdilər ki, yaxın vaxtlarda tədbirlər görüləcək.

PAY