Azərbaycan əsgərləri Moskvanın mərkəzində addımlayacaqlar – RƏSMİ

11
views

2010_Moscow_Victory_Day_Parade-9

Silahlı Qüvvələrimiz Qələbə paradına qatılacaqlar.

Azərbaycan hərbçiləri mayın 9-da Moskvada Qələbə paradında iştirak edəcəklər.

Müdafiə Nazirliyindən Qerb.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Moskva şəhərində keçiriləcək Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı planlaşdırılır.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlərdə bildirib ki, rəsmi Moskva dost ölkələrin 16 hərbi birləşməsini Qırmızı meydanda Qələbə paradında iştiraka dəvət edib. Onun sözlərinə görə, artıq 9 ölkə iştirakını təsdiq edib, ikisi imtina edib, daha beşinin isə cavabı gözlənilir.

Nazir əlavə edib ki, 26 ölkənin hərbi qurumlarının rəhbərləri də Qələbə günü ilə bağlı tədbirlərə qonaq qismində dəvət olunub.

PAY