Whatsapp” istifadə edənlər bu xəbəri mütləq izləsin – Video

8
views

13016513

Smartfonu olanların əvəzedilməz yazışma aplikasiyası “Whatsapp” la artıq zəng etmək də mümkündür. Əməkdaşlarımız bu funksiyyanın necə aktif olunmasını araşdırdı.

1 milyard istifadəçi sayına çatan “Whatsapp” aplikasiyasında səsli danışıq xidməti də açılıb.

Əvvəllər “Whatsapp”la şəkil, video və səs faylları göndərmək mümkün idi. İndi isə bu aplikasiya ilə zəng etmək də olar. Bunun üçün ya smartfonun interneti açıq olmalı, ya da Wi-fi tələb edilir. Çünkü “Whatsapp”la zəng internet vasitəsilə baş tutur.

Whatsapp istifadəçiləri yeniliyin əlverişli olduğunu düşünür. Daha bir şərt zəng edilən şəxsin smartfonunda da Whatsapp olmalı və bu günlərdə yenilənməlidir. Təxminən 1 il əvvəl “Facebook” tərəfindən 19 milyard dollara alınan “Whatsapp” smartfonlara pulsuz endirilsə də illik 1 dollar civarında ödənişlə işləyir.

PAY