NASA Mars səthində suyun sübutunu tapdığını bəyan edib – Foto

12
views

23.sisdszxcasfdvedcv d_420x250

NASA-nın Marsa göndərilmiş “Curiosity” qurğusu “qırmızı” planetin səthində ilk dəfə maye halda suyun mövcudluğuna dəlalət edən sübuta rast gəlib.

 

İnterAz xəbər verir ki, bu tapıntı Mars planetinin keçmişində canlı həyatın olması barədə nəzəriyyələri həqiqətə daha da yaxınlaşdırıb. Nəzəriyyəyə əsasən, Mars səthində mövcud olan aşağı atmosfer təzyiqi nəticəsində su maye halda qalmağa macal tapmadan bərk haldan dərhal buxar halına çevrilir. Lakin, “Curiosity” qurğusu aşkar edib ki, xüsusilə soyuq gecə saatlarında planetin səthində nazik, duzlu buz qatı əmələ gələ bilir və günəşin təsirilə qaz halına çevrilməmişdən əvvəl torpağa hopur.

 

Bu tapıntını əldə etmək üçün xüsusi tərkibli duz hesab edilən kalsium-perxloritin aşkar edilməsinin mühüm rolu olub. Lakin, alimlər sözügedən su tapıntısının çox cüzi həcmdə olduğunu, hətta canlı mikro-orqanizmlərin mövcudluğuna imkan vermədiyini bildirir.

 

Qeyd edək ki, sstronomlar hələ çoxdan qırmızı planetin qütb ərazilərində bərk halda su nümunələrini olacağını proqnozlaşdırıb. Bəzi tədqiqatçılar isə bir zamanlar Mars səthinin 20 faizinin maye halda olan sudan ibarət olduğuna inandıqlarını bildirir.

 

Bildirək ki, “Curiosity” qurğusu 2011-ci ilin 26 noyabrında Keyp Kanaveral aerodromundan Marsa göndərilib və qırmızı planeti tədqiq etmək üçün 563 min kilometr məsafə qət edib.
B4xLPQ6IQAA1fn1 BbGnyeVCYAAPOiT B-uWuTgUMAEH6-y CBipWm1UsAAbfuD CCfpyWLXIAA1mbc CCg9LcDUAAAPfOg

PAY