Zaqatalada yaşayış evi yanıb – Video

12
views

zaqatala-yangin_2015041552

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

 

APA TV-nin məlumatına görə, yanğın rayonun Aşağı Tala kəndində Hicran Qazilovaya məxsus, ümumi sahəsi 144 kv. m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin 10,5 kv. m-lik mətbəxinin yanar konstruksiyaları və içərisindəki  əşyalar yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

PAY