Mirhəsən Seyidov: “Türk xaqları öz etirazlarını bildirməlidirlər” AÇIQLAMA

11
views

mirgasan_seyidov

“Roma Papası bir neçə ay bundan öncə Türkiyədə səfərdə oldu. Məqsədi Yaxın Şərqdəki xristianların vəziyyətinin yaxşılaşmasında Türkiyənin rolunu aktivləşdirmək idi. Amma bir müddət öncə qondarma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımıdır deməsi, məqsədinin başqa olmasını bildirir”. Bunu SİA-ya “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

 

Birlik sədrinin sözlərinə görə, Roma Papasının bu çıxışı dünyada, xüsusən, türkdilli ölkələrdə az-çox olan hörmətini, etimadını tamamilə sarsıtdı: “Çünki söhbət qondarma soyqırımdan gedir. Bəlkə də Roma Papası bu sözlərlə dünyanın diqqətini öz üzərinə çəkmək istəyir. Mən düşünürəm ki, rəsmi Ankara Roma Papasının bu sözlərini cavabsız qoymamalıdır. Avropa Parlamenti qondarma soyqırımı tanımasına dair qətnama qəbul edib. Son zamanlar Türkiyə hökumətinin ölkədə yaşayan ermənilərə qarşı münasibəti dəyişib. Amma tək münasibəti dəyişmək ilə hər şey həll olunmur. Roma Papasının bu sözləri Türkiyədə yaşayan ermənilər üçün yeni problem yarada bilər. Türkiyədəki 100 min erməninin böyük əksəriyyəti Türkiyəyə işləməyə gəlmiş Ermənistan vətəndaşlarıdır. Bu hadisəyə görə Ermənistan tərəfi narahat olmalıdır. Çünki hər zaman olduğu kimi onlar türklərdən asılıdır. Türk olmasa onların da mövcudluğu mümkün deyil”.

 

M.Seyidov hesab edir ki, əgər Roma Papası dünyanın ədalət simvoludursa, o zaman Xocalı və Ağdaban faciələrini də soyqırım kimi tanısın: “Lakin Roma Papası məsələyə“kimə nə sərf edir, onuda deyir” prinsipi ilə yanaşır. Fikrimcə bu mövzunun dahada böyüməməsi üçün Roma Papası Fransiskin erməni mövzusunda yeni müraciətinə ciddi ehtiyac var. Çünki əgər Roma Papası Fransisk 1915-ci il hadisələrini Osmanlı dövlətində ermənilərə qarşı “soyqırım” kimi dəyərləndirirsə o zaman azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini də qeyd etsin. Niyə bu haqda danışmırlar? Bu məsələni dəyərləndirən şəxs, digər məsələyə də öz fikrini bildirməlidir. Hadisələri birtərəfli dəyərləndirmək olmaz! Roma Papasının bəyanatı ancaq Türkiyənin sərt etirazı ilə qarşılanmamalıdır. Bütün türk xaqları bu hadisəyə öz etirazlarını bildirməlidirlər”.

 

Vurğualnıb ki, Roma Papasının belə çıxış etməsi yolverilməzdir: “Azərbaycan xalqına qarşı törədilən kütləvi soyqırımın unudulması, bu soyqırımlarda xalqımıza qarşı törədilən vəhşiliklərin yaddaşlardan silinməsi cəhdi sülh və demokratiyanı tərənnüm etməyə çalışan Papanın siyasətinin əsl mahiyyətini açmağa kömək olur. Dini liderlərin birinci vəzifəsi tarixi mübahisələr üzərindən yeni bir qarşıdurma və nifrət mühiti yaratmaqdansa, insanları birliyə, sülhə dəvət etmək olmalıdır. Bu çıxış Avropa siyasətində şəxsi mənafeyin insan haqlarından üstün tutulmasının bariz nümunəsidir. Bu cür çıxışlar və əsassız iddialar türk xalqları üçün mənasızdır. Biz Azərbaycan tərəfi olaraq Türkiyənin, dogma qardaşlarımızın hər zaman yanındayıq”.

 

Ceyhun Rasimoğlu

PAY