Tovuzda həyətdən axan arxdan mərmi qalıqları aşkarlanıb

12
views

5_22

Tovuzun Bozalqanlı kəndində arxdan müxtəlif növ mərmi və qalıqları aşkarlanıb. Arxdan su kəsildikdən sonra sakinlərin qarşısına bu cür hərbi sursat çıxıb. Kənd sakinlərinin sözlərinə görə, arx öz mənbəyini Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilərin onlar tərəfindən qəsdən axıdılması da mümükündür. Kənddəki yaşayış evlərinin yaxınlığından keçən arxın suyundan suvarmada və məişətdə istifadə edildiyindən böyük təhlükə yaranacağı qaçılmazdır. Kənd sakinləri hərbi sursatın tapılması ilə bağlı artıq adiyyəti qurumları məlumatlandırıblar.

PAY