“MHP iqtidarla koalisiya yarada bilər” – Çingiz Bayramov

11
views

Cingiz222

Bu gün qardaş Türkiyədə parlament seçkiləri keçirilir. Artıq səsvermə səhər erkən saatlardan başlayıb. Seçki öncəsi partiyalar arası rəqabətin daha da şiddətləndiyini nəzərə alsaq axşam sandıqdan çıxan nəticələrin sonluğu bütün dünyanın diqqət mərkəzindədir.

Politoloq Çingiz Bayramov Politon.az-a açıqlamasında Türkiyədəki parlament seçkilərində bəzi siyasilərin düşüncəsinə münasibət bildirib. Politoloq hesab edir ki, iqtidarda olan Ədalət və İnkişaf Partiyası PKK-nın maliyyəsi ilə ayaqda duran HDP ilə koalisiyaya getməyəcək:

“Hətta HDP barajı keçməyə bilər. AKP yenə də səslərin böyük əksəriyyətini qazanacaq. Milliyətçi Xalq Partiyasının da əvvəlki seçkilərə nisbətən səs faizləri artacaq. Hətta MHP cumhriyyətçilərə yaxın bir səs toplayaraq AKP ilə koalisiyalı hökumət qura bilər. MHP bunu ona görə edə bilər ki, ölkədə hökumət böhranı yaranmasın. Həm də bir o qədər nəzərə çarpmasa da milliyətçilər iqtidarla birgə təriqətlərə qarşı mübarizə apardı. Düşünürəm ki, bu seçkilərdə əsas müxalifət partiyası yenə CHP olacaq”.

Tural TURAN

PAY