İyunun ilk on günlüyündə Tovuzda iki nəfəri ilan sancıb

13
views

tovuz_5

Onlardan biri barmağından yüngül dişləmə olduğundan ilan zəhəri əlehinə vaksin vurularaq evə buraxılıb. Rayonun Vahidli kənd sakini 12 yaşlı Şəhanə Nəsibova isə həyətdə olarkən qum altdan çıxan kürzə dabanından sancıb. Dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən kənd sakinin vəziyyətini həkimlər kafi qiymətləndirir. İsti yay günlərində sahələrdə,kolluq ərazilərdə rast gəlinən bu heyvanlar təhlükəli hesab edilirlər. Yerli sakinlər sürünənlərin su hövzələrinə yaxın ərazilərdə də gördüklərini bildirilər. Həkimlər isə ilanvurma halı baş verən zaman dərhal həkimə müraciyyət edilməsini vacib sayırlar.  Tovuzun sərhəd kəndlərində daha çox olan bu canlılar düşmənin yanğınlar törədiyi vaxtlarda qarşı tərəfdə ərazilərimizə daxil olurlar. İlanvurma zamanı xəstəxanaya çatdırılan zərərçəkənə mütləq zəhər əlehinə vaksin vurulmalıdır. Bunun üçün paytaxtla yanaşı bütün bölgələrdə olan tibb ocaqlarına əhfi,kobra və gürzə əlehinə vaksinlər paylanılıb.

PAY