Avropa Oyunlarının məşəli Bakıda

11
views

8141801525020970

Bu gün I Avropa Oyunlarının məşəli bölgələri dolaşdıqdan sonra sonuncu olduğu məkan – Neft daşlarından Bakıya gətirilib.

Qerb.info xəbər verir ki, məşəli daşıyan qayıq paytaxtda Sadko limanına çatıb.

Burada neftçi Nahid Nuriyev məşəli Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Daha sonra dövlət başçısı məşəli Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovaya ötürüb.

Bu gün məşəl Ağ Şəhər Bulvarına, oradan isə Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq.

Daha sonra Oyunların rəmzi Qız Qalasına aparılacaq.

Qeyd edək ki, məşəl sabah, iyunun 8-də də Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bir neçə idman obyektində olacaq.
6bc3661365a910ffeceeaaca85e012a2 02974d4c7feca6cbd25c98f94b93801c

PAY