Azərbaycan orbitə 4-cü peykini buraxacaq

12
views


“Azərkosmos” ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır.

Qerb.info Trend-ə istinadən xəbər verir ki, bu barədə ASC-dən bildirilib.

Hazırda ASC-nin ixtiyarında 1 stasionar (Azerspace-1) və 1 aşağı orbitli peyk (AzerSky) var. İkinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılıb, bundan sonra orbitə ikinci aşağıorbitli peykin buraxılması nəzərdə tutulur.

Ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.

Yerin məsafədən zondlaşdırılması üçün sayca ikinci peyk məsələn, fövqəladə hallar zamanı yerin fotoşəklinin çəkilməsi üçün, kənd təsərrüfatında isə ekoloji problemlərin həlli və kartoqrafiya üçün istifadə ediləcək.

PAY