Zakir Həsənov: İslahatlar davam edəcək – VİDEO

11
views

1

Tam əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı rahat bir şəkildə Avropa Oyunlarında iştirak, eləcə də izləyə bilər. Ona görə ki, möhtərəm cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığı ilə bütün güc sturukturları plana uyğun şəkildə öz fəaliyyətlərini həyata keçirir.

Təbii ki, Müdafiə Nazirliyi də ona aid olan məsələlərin həllini planlı şəkildə icra edir. Bu gün tam əminliklə deyə bilərəm ki, bizim üzərimizə düşən vəzifələr yüksək səviyyədə həll olunur və bundan sonrada həll olunacaq.

Qerb.info xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib.

Z.Həsənov qeyd edib ki, Silahlı Qüvvələrdə nəzərdə tutulan islahatların əksəriyyəti həyata keçirilib:

“Artıq bunların nəticəsi həm biz, həm Azərbaycan xalq görür. Özəliklə mötərəm cənab prezident də bunu yüksək qiymətləndirir. Əsas odur ki, düşmən görür. Eyni zamanda düşmənin reaksiyasında da bunu görürük. Biz bu işləri, islahatları davam etdirəcəyik. Qısa bir müddət ərzində hesab edirik ki, biz daha yüksək səviyyədə döyüş hazırlığını təşkil edəcəyik”.

Nazir bildirib ki, Ali Baş Komandanın tapşırığı ilə silahlı qüvvələrdə 2015-ci il döyüş hazırlığı ili elan olunub.

“Burada planlı şəkildə mühüm məsələlər həyata keçirilir. Həm sturuktur, həm kadırlar baxımından tədbirlər həyata keçirilib. Biz bu gün qarşımıza belə bir məqsəd qoymuşuq ki, hər bir hərbi qulluqçu öz yerində, öz vəzifəsini yüksək səviyyədə yerinə yetirmək üçün lazımi biliyə sahib olsun. Ən əsası isə döyüş şəraitinə uyğun vəzifəsini icra etməyi bacarsın”.

Z.Həsənovun sözlərinə görə, bütün hərbi hissələr və birləşmələr gecə-gündüz təlim mərkəzlərində təlimlərini davam etdirir.

“Burada əsas məqsəd Azərbaycan Ordusunu müharibəyə hazırlaşdırmaqdır ki, ordu silahlı qüvvələrin qarşısında duran vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə hazır olsun. Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırıq”.

PAY