Bakıda mağazaya basqın edən maskalılar kameraya düşüb

10
views

1 (1) (1)

Bakının A.İsmayılov küçəsində yerləşən marketdən oğurluq olub.

Qerb.info-nun Lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən 1969-cu il təvəllüdlü Məmmədov Fariz Kamal oğlu saat 00:10 radələrində mağazanı bağladığını və səhər saatlarında obyekti açdığını bildirib. O qeyd edib ki, səhər işə gələndə mağazanın talan edildiyini görüb.

İlkin araşdırma nəticəsində mağazanı talayan şəxslərin müşahidə kameralarına düşdüyü məlum olub. Bəlli olub ki, 2 nəfər maskalı şəxs saat 04 radələrində pəncərədən marketə daxil olub. Onlar saat 5:15 radələrinədək mağazada qalıblar və bütün tütün məhsullarını, eləcə də içkiləri toplayıb aparıblar. Bundan başqa oğrular mağazadakı ödəmə aparatına müdaxilə edərək onun içindəki 965 manatı da götürüblər.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

PAY