Dünya Türkü uzun saçı ilə tanıdı

14
views

oder

Bir çox gələnəklərimiz itirildiyi kimi, birçoxları da uğradığımız mədəni asimlasiylara görəanlamını dəyişmişdir. Bu asimlasiya sürəci həm dilimizdəhəm dəmədəniyyətimizdəgetmişdir. Atalarımızın kəndilərinəözəl geyim tərzləri vəsaç, bığ, saqqal biçimləri olmuşdur. Onlar daim yaxşı vəfərqli görünməyəüstünlük vermişlər. Geyimləri, saç vəsaqqal formaları dünyanın hər yerinəatalarımızı digər millətlərdən ayıran ilkin özəlliklər olubdur. Anlamını itirmiş olan gələnəklərimizdən biri dəuzun saç saxlmaq gələnəyidir. Günümüzdəşəhər sayılan Bakımız da beləəksər hallarda uzun saçlı kişilərimizəqarşı qəribətərz baxışlar tənqidlər vardır. Bölgələrimizdəisəbunun örnəyini yüz mindəbir nəfərdəancaq görəbilərik. Uzun saçlı olanların əksəriyyəti isətəəsüflər olsun ki, fərqli idealogiyalar daşıdıqlarından bunu edirlər.

Əski türklərdə  Göy Tanrıya bağlılığın bir göstərgəsi olaraq saçlar düzənli biçimdəuzun olardı. Bu gələnək, sonradan İslamın gəlişi iləmüəyyən təhriflərəuğrasa da, Azərabycan türklərindəSəfəvilər dövründədəqalmaqda idi. İlkin dövr Qızılbaş süvarilərinin ucunda kəsici dəmir olan uzun saçları olardı. Bu gələnək Səfəvi döyüşçülərinin ilkin dövr fədai-militan dövründəözünü göstərir. Saç uzatma gələnəyini eramızn əvvəllərindən başlayaraq müxtəlif türk tayfalarında görəbilirik. Əski Çin qaynaqlarında türklər haqqında “onlarda kişi vəqadın arasında fərq yoxdur, saçlarını uzun saxlayıb hörürlər” ifadəsi keçir.. Bundan başqa 619-cu ildəKonstantinapolu mühasirəyəalan uzun saçlı türklərdən, Avarlardan danışılr. Türklərləbağlı uzun saç gələnəyinin yalnız bir boya aid  vəya yalnız bəlirli bölgdəyaşayan türklər haqqında danışılsaydı, bu gələnəyin bizlərəbaşqa xalqalardan keçdiyini düşünəbilərdik. Tarixin müxtəlif dövrlərində, fərqli coğrafyalarda yaşayan, fərqli türk boyarında bu gələnəyi görmək olur. İlgi çəkən yönü burasındadır ki, başqa millətlər türklərləbağlı savaşlarından, əlaqələrindən danışarkən onların uzu saçlarını xüsusi iləvurğulayırlar. Səlcuq türkmənləri o zaman Çağrı bəyin başçılığı ilə  türklüyün Xristian dünyası qarşısında ən önəmli bölgəsi vəistinadgahı olan Azərbaycana kəşfiyyat yürşünəçıxdıqlarında (1015) Van gölü ətrafında haylar, türk döyüşçülərini belətəsvir etmişdi: “Hər şeydən əvvəl türkmənlərin rüzgar kimi atlar üzərindəfərqli paltarları, qadınlarınkına bənzəyən uzun saçları, mizraqları vəoxları iləbeləgörənləri heyrətəgətirirdi”. Bundan başqa, Orxon Yenisey  yazılarında  “Bakırı bungsız erti kara saçın teg” yəni “pulu çox idi qara saçı kimi” ifadələrərast gəlinir. Bəzi hallarda əski türkləri sazçsız, daz kimi dətəsvir edirlər. Burdakı yanlışlıq onları monqol vətunquz qəbilələri iləqarışdırmadan irəl gəlir. Doğrudur tunquz tayfalarına yaxın olan bəzi türklərdədaz başlılıq var idi. Bu qədim monqolların dini inancının onlarla iç-içəyaşan türklərəkeçməsi iləbağlıdır. Türklərdəki saç uzatması yuxarıda da qeyd edildiyi kimi dini inancla bağlı olmuşdur vəGöy Tanrıya bağlılığı simgələyirdi. Uzadılan saç biçiminin adı “Yulidi” adalanırdı. Arxaya doğru uzadılan saçlar altı (6 ) sıralı hörülürdü. Bu saç formasını Balbal heykəlllərindədəgörmək mümkündür. Tarixçi Prof.Dr Faruk Sumer dəOğuzlarla bağlı yazılarında onların saçlarının uzun olduqlarını vəkəsmədiklərini qeyd edir. Oğuz kişiləri saçlarının höürklərinin çox olması lətanınırmış. Rus qaynaqlarında da sarı samlı Kuman türklərinin kişilərinin saçlarını uzatdıqları vəhördükləri qeyd olunur. Hətta Kuman türkləri saçlarına üç biçim verirdlər: yan-yana üç dənəeyni uzjnluqda hörgü, alının hər iki tərəfindən başlayıb hörülür vəüç hörgü aşağıda birləşdirilir vəüçüncü biçim isəyalnız uzun saç biçimi idi. Uyğurlarda isəsaçlar çiyinləri örtən qalın hörüklər halında vəarxaya doğru daranmış vəortadan ikiyəayrılmış biçimdəidi.

Bizans tarixçisi Prokopios, Qərb hunları haqqında yazısında Hun üsulu olaraq adlanırılan bu saç modelindən danışır: “Saçlarını ön tərəfdən gicgaha qədər kəsər vəarxaya doğru uzadardılar”. Türk tarixçisi Bahəddin Ögəl dəbu haqda yazır: “Türklərdəuzun saçların vəhörgülərinin müxtəlif biçimləri var idi. Türklərin uzun saçları arxadan hörüklü olması iləseçilirdi.” Bundan başqa Xarəzmşahlarda, Qəznəvilərdə, Eldənizlərdəxaqanların, sərkərdələrin saçları uzun olardı, onlar yalnız Həcc ziyarətinəgetdiyi zaman saçlarını kəsərdilər.

Qaynaqlar:

1. Bahaeddin Ögel, Türk Kültür Tarihine Giriş, c.5, s.273

2. Türkün Qızıl Kitabı I hissə

Odər Sərdar

PAY