Alimpaşa Məmmədov sərt çıxış etdi.

11
views

alim

Oktyabr ayının 20-də Şəmkir rayonunda 2015-ci ilin doqquz ayının  yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.  Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.

Yığıncaqda geniş çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov digər cari məsələlərlə yanaşı, son günlərdə gündəmdə olan  yüksək rütbəli və vəzifəli şəxslərin vəzifədən uzaqlaşdırılması və bəzilərinin həbsi məsləsinə də toxunaraq bildirmişdir ki, korrupsiya və rüşvətxorluğa qurşanmış heç bir şəxs, vəzifə və səlahiyyətlərindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Ölkəmizdə korrupsiyaya qarşı  aparılan mübarizədən danışan icra başçısı bildirib ki, hazırda cənab prezidentin siyasi iradəsi və  dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələrin, bu istiqamətdə aparılan   kompleks və davamlı tədbirlərin sayəsində korrupsiyaya qarşı mübarizə sahəsində ciddi uğurlar əldə olunub.

Çıxışının davamında  A.Məmmədov yığıncaq iştirakçılarına müraciət edərək korrupsiya cəmiyyətin sosial bəlası olduğundan ona qarşı təkcə inzibati mübarizə aparmaqla deyil, həm də  cəmiyyət tərəfindən ictimai nəzarətin gücləndirilməsi ilə hər bir soydaşımızın bu kimi mənfi hallarla mübarizədə ölkə başçımızın ətrafında sıx birləşməyə çağırdı.

Yığıncaq iştirakşıları A. Məmmədovun çıxışını böyük coşqu  ilə qarşıladılar.

PAY