Gənclər seçki ilə bağlı maarifləndirilib

14
views

qwe

“Gənclərin parlament seçkiləri ilə bağlı maarifləndirilməsi” layihəsi başa çatdı. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi”Gənclərin parlament seçkiləri ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində 19 oktaybr 2015 – ci ildə Qəbələ, 20 oktyabr 2015 – ci ildə Oğuz, 21oktaybr 2015 – ci ildə Şəki, 22 oktyabr 2015 – ci ildə Qax, 23 oktyabr 2015 – ci ildə Zaqatala və 24 oktaybr 2015 – ci ildə Balakən rayonlarında gənc seçicilər üçün 6 geniş seminar təşkil edib. Seminarlarda Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqındaməlumat verilib. Seçki haqda qeyd olunan məlumatların uzun müddət yaddaşlarda qalması, seçki prosesini tam mənimsəmək üçün seminar interaktiv oyunlarla davam etdirilib. Gənclər, namizədliyin qeydə alınması, seçki komissiyasının işi, səsvermə prosesi, səslərin sayılması, müşahidəçilik, protokollaşdırılma, exit-pool və s. seçki mərhələlərini əyani göstərən “seçki imitasiyası” oyununda iştirak ediblər. Ümumilikdə 600 – dən çox gəncin parlament seçkiləri ilə bağlı məlumatlandırıldığı təlimlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, bu müsbət qiymətləndirmələr sosial şəbəkələrdə geniş paylaşılmış və böyük rezonans doğurub. Seminar iştirakçılarına layihə çərçivəsində çap olunmuş kitabça, buklet, cib təqvimi və seçki şüarı əks olunmuş köynək və papaq dəsti paylanılıb.

PAY