Balıq ovlayan kişini ilan sancdı

15
views

ilan

Havalar soyusada ilanlar hələ də fəallığını itirməyib. Bu dəfə zəhərli canlı Tovuzda balıq ovlayan 43 yaşlı sakini sancıb. Hadisə rayonun Hunanlar kəndində Kür çayının ətrafında baş verib. Dostları ilə çaya gedən Nuru Nuruyevi suyun içində ilan əlindən dişləyib. Dərhal ətrafdakıların köməyi ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan zərərçəkənə ilan zəhəri əlehinə zərdab vurulub. Həkimlərin sözlərinə görə 43 yaşlı kişini şahmar ilanı sancıb. Hazırda Tovuz sakinin vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki,bu il qərb rayonları arasında ən çox ilanvurma halı Tovuzda qeydə alınıb. Rayonun 25-ə yaxın sakini sürünənlərin hücumuna məruz qalıb.

PAY