Qoxusu xoş olmasada məhsuldarlığı yüksək olur.

13
views

12Söhbət bir sıra xəstəliklərin dərmanı olan sarımsaqdan gedir. Bir neçə gündü Tovuzda bu bitkininin əkininə başlanılıb. Sarımsaq əsasən rayonun iki kəndi Mülkülü və Aşağı Quşçuda becərilir. Həm yığımı,həm də əkinini texnika ilə etmək mümükün olmadığından sakinlər əl əməyi ilə səpini həyata keçirirlər. Fermerlər bildirir ki, sarımsağı yaxşı becərib,vaxtında suvaranda hektara 12-14 ton məhsul verir. Rayonda iki növü becərilən bitkinin yığımı mayın sonu iyunun əvvələrində həyata keçirilir. Əvvəlki illərdə 1 kq-mı 3-4 manata satılan sarımsaq bu il alıcılara 90 qəp- 1 manata təklif edilib. 40-45 dərəcə şaxtaya davamlığı ilə seçilən bitki su sevəndir. Aqro texniki qaydaya uyğun becərilsə bol məhsul verir. Bu il rayonda torpaq mülkiyyətçiləri tərəfindən 1000 hektardan çox yazlıq bitkilər əkilib. Sarımsaq əkilən sahələr isə Tovuzda 100 hektara yaxındır. Hazırda sahələrdə əkin işləri davam etdirilir.

PAY