İlk dəfə səs verən gənclər maarifləndirilir

13
views

145

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi “Gənc seçici aylığının keçirilməsi (ilk dəfə səs verən gənclərin seçki maarifləndərilməsi)” layihəsi davam edir. Layihənin məqsədi ilk dəfə səs verən gəncləri seçki hüququ sahəsində maarifləndirmək, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq və qarşıdan gələn parlament seçkilərində gənc seçicilərin elektoral fəallığını artırmaqdır. Layihə çərçivəsində 2015-ci il oktyabr ayında gənc seçicilər üçün Bakıda və rayonlarda 9 maarifləndirmə seminarlarının keçirilməsi nəzərdə tutulub. Artıq gənc seçicilərlə Bakıda və Salyanda 5 görüş keçirilib. Gənc seçicilər Azərbaycanda parlamentarizm tarixi, ölkənin siyasi sistemi və demokratik idarəetmədə seçkilərin rolu, gənclərin seçkilərdə məsuliyyətli iştirakının əhəmiyyəti, seçki hüququnun əsasları və seçki günü səsvermə qaydaları və s. mövzularda müzakirələr aparıblar. Maarifləndirmə tədbirlərinin məqsədi ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. İştirakçılara maarifləndirmə bukleti, liflet paylanıb. Tədbirlər davam edir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələrinin dəstəyilə həyata keçirilir.

PAY