Region gəncləri üçün seçki ilə bağlı dəyirmi masa keçirilib

11
views

DSC04173

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” (İlk dəfə səs verən gənclərin seçki maarifləndirilməsi)” layihəsi çərçivəsində növbəti maarifləndirmə seminarı keçirilib.

Oktyabr ayinin  23-də İsmayıllı rayonunda ilk dəfə səs verən gənclər üçün seçki hüququ mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada İsmayıllı rayonu icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin  rəisi Taleh Salehov, layihə koordinatoru İlham Həziyevə,  ekspert, “Universitet Təhsilli Qadınlar” Cəmiyyətinin sədri Tamam Cəfərova iştirak ediblər. Maarifləndirmə tədbirinin məqsədi ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. Dəyirmi masada 18 yaşlı gənclər Azərbaycanda parlamentarizm tarixi, ölkənin siyasi sistemi və demokratik idarəetmə seçkilərin rolu, gənclərin seçkilərdə məsuliyyətli iştirakının əhəmiyyəti, seçki hüququnun əsasları və seçki günü səsvermə qaydaları və s. mövzularda müzakirələr aparıblar. İştirakçılara maarifləndirmə bukleti, liflet, maykalar və xatirə hədiyyələri paylanıb.

Xatırlatmaq istərdik ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” (ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsi)” adlı layihəsi çərçivəsində həyata keçirilib. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə seçki gününə 18 yaşı tama olmuş vətəndaş aktiv seçki hüququ əldə edir. İlk dəfə səs verən gənclərin seçki prosesində fəal iştirakı bu gənclərin  seçki hüquqları sahəsində maarifləndirilməsini  zəruri edir. Bu baxımdan layihənin  məqsədi 2015-ci il parlament seçkilərində ilk dəfə səs verən gənclərin seçki hüququ sahəsində maarifləndirilməsi və onların seçki proseslərində fəal iştirakını təmin etməkdir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələrinin dəstəyilə həyata keçirilir.

Siyavuş

 

 

PAY