Dostunu bıçaqlayan şəxs: Kimə xoş olar bu hal?! – VİDEO

10
views

1 (1)

Binəqədi rayon ərazisində bıçaqlanan paytaxt sakini Alı Alıyev 1 saylı kliniki xəstəxanaya çatdırılıb.

Qerb.info Region TV-yə istinadən xəbər verir ki, dərhal xəstəni əməliyyata götürən həkimlər onun həyatını xilas edə biliblər.

Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Xaliq Kələntərov saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadə verərkən törətdiyi cinayət əməlini etiraf edib.

Alı Alıyevlə yaxın dostluq etdiyini deyən Kələntərov hadisə zamanı hər ikisinin sərxoş olduğunu bildirib. Əməlinə görə peşman olduğunu da bildirən Xaliq Kələntərov dostunu onu təhqir etdiyi və vurduğu üçün bıçaqladığını deyib.

Xaliq Kələntərov – saxlanılan şəxs:

“Dedim ki, qalsın səhərə, səhər söhbət edərik, içkiliyik. Bir yerdə çörək yeyib, içmişdik. Yadına köhnə söhbət düşmüşdü deyəsən, məni vurdu. Dedim, indi gecdir, qalsın, sonra söhbət edək, mən tezdən işə çıxmalıyam.

Dedim ki, qardaşıq, çörək kəsirik, ayıbdır, qalsın, sabah ayıqbaşla danışarıq, neçə ilin dostuyuq. Anlaşılmazlıq oldu, məni vurdu, mən də onu bıçaqladım. O, məni vurmasaydı, mən qucaqlaşıb öpüşərdim. Söymüşdü məni, onu da bağışlayardım, amma vurmağına dözəmmədim. Kimə xoş olar bu hal?!”

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

PAY