67 yaşlı cibgir qadın tutuldu – VİDEO

37
views

03563151

Abşeron rayonunda silsilə oğurluqlar etmiş 2 şəxs yaxalanıb. Onlardan biri xarici ölkə vətəndaşıdır. Tovuzda isə yaşlı qadın bazarda cibgirlik etdiyinə görə saxlanıb. Samuxda da mağaza və internet-klub yarılıb.

Abşeron rayon Hökuməli qəsəbəsində evlərə və avtomobillərə qənim kəsilən Mircabir Mirəliyev və Türkmənistan vətəndaşı Halmurad Nurberdiyev saxlanılıb. Onlar narkotik almaq üçün oğurluq etdiklərini etiraf ediblər.

Onların oğuluqları vətəndaşlara 6 min manatdan çox ziyan vurub.

Tovuzda isə 67 yaşlı Güleydə Manafova saxlanılıb. O, rayon bazarında cibgirlik etməkdə şübhəli bilinir.

Samuxun Qarayeri qəsəbəsində isə gecə mağaza və internet-klub yarılıb. Oğrular Tamilla Quliyevaya məxsus ərzaq mağazasının qapısını qıraraq içəri daxil olublar və oradan 300 manat pul, 1500 manatlıq paltar və digər əşyalar aparıblar. Onlar yaxınlıqdakı Sabit Ələsgərova məxsus internet klubdan isə 5 ədəd kompüter dəsti aparıblar.

PAY