Gündə 3-4,15 ildə 5 min kitab oxudu

12
views

kitab
26 yaşlı gənc oxumaqdan doymur.
Müasir gənclərin kitabdan ayrı düşdüyü bir vaxtda bu Tovuz sakini gündə 3-4 kitab oxuyur. 15 ildən artıqdı bilik mənbəyi Rübabə Qasımovanın ən sevimlilərinə çevrilib. Bu günə qədər 5 minə yaxın kitabı səhifələyən 26 yaşlı gənc Tovuzda yaşıyır.7 yaşında Koroğlu dastanını nənəsi ilə birgə oxuyan rayon sakini daha sonra nağıllar,illər keçdikcə müxtəlif yazarların böyük əsərlərini oxumaqla diqqət çəkib.

rub2       rub

Günün çox hissəsini kitabxanada keçirən gənc qız hündür səslə oxumağı sevmir. Fasiləsiz oxuduğu kitabları isə tam yaddaşına həkk edir. Yaşadığı mənzili də də kitab evinə çevrib. Hündür rəfi kitablarla dolduğundan parfümeriya və kosmetika məhsulları şkafını da kitablara verib.

rub3

Rübabə Qasımovanın sözlərinə görə,oxumaq üçün hövsələ ən əsas da istək lazımdı. Müsahibim 18 saat durmadan oxuyur. Hətta yemək bişirəndə,yeyəndə də gözlərini bilik mənbəyindən çəkə bilmir. Oxumadığı günü isə özünü narahat hiss edir. Rübabə Qasımova ən sevdiyi kitab üçün 80 manat xərcələdiyini deyir. Oxumaqdan doymayan bu Tovuz sakini maraqlı kitabı əldə etmək üçün paltarını, hətta telefonunu satmağa da razıdır.. Buna görə onu qınayanlar olsada amma o yenə də inadından dönmür elə hey oxuyur.

 

PAY