Əsgərimiz düşmənlə döyüşdə şəhid oldu

11
views

sehidin defeni
Nazirlik məlumat yaydı.

Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.

Müdafiə Nazirliyindən Qerb.info-a verilən məlumata görə, əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

PAY