TİKA və “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalandı

12
views

tika

Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı və Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin arasında yaradılan əməkdaşlığın əsas məqsəd region gənclərinin beynəlxalq gənclər şəbəkəsinə qoşulması və yeni bilik və bacarıqların əldə olunmasıdır.

Yaradılmış əməkdaşlığa əsasən ilkin olaraq qərb regionda İT və qrafik dizayner kimi fəaliyyət göstərmək istəyən, bu bilikləri peşəkar səviyyədə bilmək istəyən və marağı olan gənclərə istiqamətlənmiş layihə həyata keçirilir.

Layihə əsasında iştirakçılar Türkiyədə və Bakı şəhərində peşəkar İT mütəxəsis və qrafik dizayner kurslarında iştirak edərək təlimçi sertifikatı əldə edəcəklər.

Kurslarda iştirak etmək istəyən şəxslərdən linkə daxil olaraq qeydiyyatdan keçmələri və ya “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinə yaxınlaşmaları xahiş olunur.

 

PAY